Qudauri-Kobi hissəsində minik avtomobillərinin hərəkəti bərpa olundu
Qudauri-Kobi hissəsində minik avtomobillərinin hərəkəti bərpa olundu

Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, intensiv təmizləmə işləri nəticəsində, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində minik avtomobillərinin hərəkəti bərpa olundu, yedəkli və yarım-yedəkli avtonıqliyyatın hərəkəti isə, qadağandır.

Ətraf Mühit üzrə Milli Agentlikdən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.