Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır
Qar və aşağı temperaturla əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib-bu barədə məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayır.
İdarənin məlumatında digər növ avtonəqliyyat vasitələrinin hərəkətinin sərbəst olduğu deyilir.
“Milli Ətraf Mühit Agentliyinin məlumatında Qudauri (Posta)-Kobi hissəsində nəqliyyatın hərəkətinin dayanmadan, yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcəyi deyilir. Qeyd olunan rejimdə nəqliyyatın hərəkəti bilavasitə patrul polisinin nəzarəti və koordinasiyası altında həyata keçiriləcək”- Avtomobil Yolları İdarəsinin məlumatında deyilir.