Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 
Qar yağması və temperaturun aşağı düşməsi ilə əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib-bu haqda Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi məlumat yayır.

Qurumdan verilmiş məlumatda digər növ avtonəqliyyat vasitələrinin hərəkətinin sərbəst olduğu deyilir.

“Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumat üzrə, Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti dayanmadan hərəkət rejimində, Qudauri (Posta)-Kobi hissəsində isə yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək”- məlumatda qeyd olunub.