Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Mürəkkəb meteoroloji şərait (çovğun və görmə qabiliyyətinin məhdudlaşdırılması) ilə əlaqədar, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib- məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayır.
İdarədən verilmiş məlumatda, digər növ avtonəqliyyat vasitələrinin hərəkətinin sərbəst olduğu deyilir.
“Milli Ətraf Mühit Agentliyinin məlumatında, Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində avtonəqliyyat vasitələrinin hərəkətinin dayanmadan həyata keçiriləcəyi, Qudauri (Posta)-Kobi hissəsində isə yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcəyi deyilir. Qeyd olunan rejimdə nəqliyyatın hərəkəti bilavasitə patrul polisinin nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək”- deyə Avtomobil Yolları İdarəsinin məlumatında qeyd olunub.