Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Qar yağması səbəbindən beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib- bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi məlumat yayır.
Qurumdan verilən məlumatda, sözügedən yolda digər növ avtonəqliyyat vasitələrinin hərəkətinin sərbəst olduğu deyilir.
“Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda bildirilir ki, Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti dayanmadan, Qudauri (Posta)-Kobi hissəsində – yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək. Qeyd olunan rejimdə nəqliyyatın hərəkəti bilavasitə patrul polisinin nəzarəti və koordinasiyası altında həyata keçiriləcək”- Avtomobil Yolları İdarəsinin məlumatında deyilir.