Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin məlumatında beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qar və yolların buz bağlaması ilə əlaqədar olaraq qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkətinin qadağan edildiyi, digər növ avtonəqliyyat vasitələrinin hərəkətinin isə sərbəst olduğu deyilir.
Milli Ətraf Mühit Agentliyindən verilən məlumata əsasən, Qudauri (Posta)-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti dayanmadan, yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək. Qeyd olunan rejimdə hərəkət patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək.