Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsinə dair məlumat yayır.

“Qar və yolun buz bağlaması ilə əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Milli Ətraf Mühit Agentliyi tərəfindən yayılmış məlumatda Mleta-Qudauri (Posta) və Qudauri (Posta)-Kobi hissələrində avtonəqliyyat vasitələrinin hərəkətinin dayanmadan hərəkət rejimində, Qudauri (Posta)-Kobi hissəsində isə yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcəyi deyilir” – deyə məlumatda qeyd olunub.