Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Avtomobil Yolları İdarəsinin yaydığı məlumatda Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkətinin qadağan edildiyi deyilir.
“İntensiv qar səbəbindən beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (poçt)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir” -deyə Avtomobil Yolları İdarəsində açıqlayırlar.