Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

 
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin yaydığı məlumat üzrə, həyata keçirilən təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib .

Milli Ətraf Mühit Agentliyindən verilən məlumata əsasən, Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti fasiləsiz rejimdə, Qudauri (Posta)-Kobi hissəsində isə yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.

“Qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin və sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş M3 kateqoriyalı, 22-dən çox oturacaq yeri olan (sürücü oturacağı istisna olmaqla) avtonəqliyyat vasitələrinin tunellərdə hərəkəti birtərəfli qaydada həyata keçiriləcək” – məlumatda qeyd olunur.