Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

 
Həyata keçirilmiş təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Bu barədə məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayır.

“Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumat üzrə, Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində nəqliyyatın hərəkəti dayanmadan, Qudauri (Posta)-Kobi hissəsində isə yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.

Qoşqulu, yarımqoşqulu və sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş 22-dən çox oturacaq yeri (sürücü oturacağı istisna olmaqla) olan M3 kateqoriyalı avtonəqliyyat vasitələrinin hərəkəti tunellərdə birtərəfli həyata keçiriləcək”- deyə qurumun məlumatında qeyd olunub.