Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Həyata keçirilmiş təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayır.
“Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti dayanmadan, Qudauri (Posta)-Kobi hissəsində isə yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.
Tunellərdə qoşqulu, yarımqoşqulu və M3 kateqoriyalı 22-dən çox oturacaq yeri olan (sürücü oturacağı istisna olmaqla) sərnişin daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələrinin hərəkəti birtərəfli qaydada həyata keçiriləcək.
Qeyd olunan rejimdə hərəkət patrul polisinin birbaşa nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək” – deyə qurumun məlumatında qeyd olunub.