Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

 
Aparılmış təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayır.

“Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda, Qudauri (Posta)-Kobi hissəsində nəqliyyatın hərəkətinin dayanmadan, yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcəyi deyilir. Tunellərdə qoşqulu, yarımqoşqulu və tutumu 30-dan çox olan avtobusların hərəkəti birtərəfli qaydada həyata keçiriləcək” -deyə Avtomobil Yolları İdarəsinin məlumatında qeyd olunub.