Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, qar və buz bağlaması ilə əlaqədar Mtsxeta-Stepantsminda-Larsi yolunun Qudauri-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib, qalan hissələrdə isə qoşqu və yarımqoşquların hərəkəti səbəstrdir.
Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.
Hərəkət patrul polisinin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçiriləcək.