Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qar uçqunu təhlükəsi yüksəkdir və bu səbəbdən qeyd olunan hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır.
Bu barədə məlumatı Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta-Qudauri hissəsində avtonəqliyyatın hərəkəti dayanmadan keçid rejimində həyata keçiriləcək”, – məlumatda deyilir.