Qudauri-Kobi hissəsində avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır
Qudauri-Kobi hissəsində avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır

Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, Qudauri-Kobi hissəsində bütün növ avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır.

İdarənin məlumatına görə, məhdudiyyətə səbəb qar uçqunu təhlükəsinin yüksək səviyyəsinin olmasıdır.

“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Msxeta-Stepansminda-Larsi yolunun Qudauri-Kobi hissəsində qar sürüşmsi təhlükəsi yüksəkdir, bu səbəbdən qeyd olunan hissədə bütün növ avtonəqliyyatın  hərəkəti qadağandır”, – Avtomobil Yolları Departamentinin məlumatında deyilir.