Qudauri-Kobi hissəsində avtonəqliyyat vasitəsinin hərəkəti bərpa olundu
Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentininin məlumatına görə, həyata keçirilən təmizləmə işləri nəticəsində Qudauri-Kobi hissəsində minik avtomobillərinin hərəkəti bərpa olundu.
Beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi (Rusiya Federasiyası) avtomobil yolunun Qudauri(Posta) -Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır. Başqa növ qvtonəqliyyat vasitəsi üçün yol azaddır.
Qudauri(Posta) -Kobi hissəsində avtonəqliyyat vasitəsinin hərəkəti dayanmadan hərəkət etmə rejimində, yalnız tunellərin istifadəsi ilə həyata keçiriləcək. Qeyd olunan rejimlə hərəkət Patrul Polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək.