Qudauri-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Qudauri-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 
Milli Ətraf Mühit Agentliyinin verdiyi məlumata əsasən, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qar uçqunu təhlükəsinin səviyyəsi yüksəkdir-bu haqda Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin məlumatında deyilir.

Qurumdan verilən məlumata əsasən, qeyd olunanlarla əlaqədar Qudauri (Posta)-Kobi hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.