Qudani-Şatili hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Qudani-Şatili hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
“Qar yağmasına görə, daxili dövlət əhəmiyyətli Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 60 km – 106 km (Qudani-Şatili) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, 53 km – 59 km (Korşa-Qudani) hissəsində yalnız yolsuzluq avtomobillərinin hərəkətinə icazə verilir, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə qadağan edilib.
Avtomobil yolunun 1 km – 52 km (Jinvali-Korşa) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir” – məlumatda qeyd olunub.