Qubernatorun verdiyi məlumata əsasən, Ukraynanın Belqoroda hücumu nəticəsində 19 nəfər həlak olub
Qubernatorun verdiyi məlumata əsasən, Ukraynanın Belqoroda hücumu nəticəsində 19 nəfər həlak olub

 
Ukraynanın Rusiyanın Belqorod vilayətinə bazar günü, mayın 12-də hücumu nəticəsində 19 nəfər həlak olub- bu haqda Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat yayır.

O, yaşayış binasının girişinin uçması nəticəsində 15 nəfərin həlak olduğunu bildirib. Rusiya Müdafiə Nazirliyinin versiyasına əsasən, düşürülmüş Ukrayna raketinin parçaları binaya düşüb. Kiyevdə sözügedən məsələ ilə bağlı rəsmi şərh verilməyib.

Bununla yanaşı, qubernator, bölgəyə açılmış atəş nəticəsində daha 3 nəfərin həlak olduğunu, eləcə də mayın 11-də yaralanan bir qadının xəstəxanada həlak olduğunu bildirib.

Yerli hakimiyyət, partlayış nəticəsində 27 nəfərin yaralanması haqda məlumat verir.