Qroznıda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 4 nəfər ölüb
Qroznıda yanacaqdoldurma məntəqəsində qaz çəninin partlaması nəticəsində ikisi uşaq olmaqla dörd nəfər həlak olub. Yaralılar da var.
Bu barədə Rusiya mediası Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
Partlayış dalğası çəni yaşayış yerinin həyətinə ataraq binanın bir hissəsini zədələyib. Bir neçə avtomobilə də ziyan dəyib.
900 kvadratmetr sahədə yanğın baş verib.
Hadisə ilə bağlı Çeçenistan Prokurorluğu araşdırmalara başlayıb.