Qrip peyvəndi dekabrın 1-dək bütün vətəndaşlar üçün pulsuz olacaq

Altı aylıq yaşından bütün Gürcüstan vətəndaşları dekabrın 1-dək qripə qarşı peyvəndi pulsuz etdirə biləcəklər. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.

Onların sözlərinə görə, vətəndaşlar dördkomponentli SANOFI PASTEUR qrip peyvəndini etdirmək üçün yerli poliklinikalara müraciət edə bilərlər.

“ABŞ Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzinin (CDC) tövsiyəsi ilə, koronavirus peyvəndi və qrip peyvəndinin birgə tətbiqi tamamilə təhlükəsizdir”.

Xəstəliklərə Nəzarət Mərkəzinin nümayəndəsi Xatuna Zaxaşvilinin Gürcüstanın Birinci Kanalına verdiyi məlumata görə, dekabrın 1-dən qripə qarşı pulsuz peyvənd yalnız risk qrupları üçün əlçatan olacaq.

Xatırladaq ki, cari mövsüm üçün dövlət risk qrupları üçün 200 min doza qrip peyvəndi tətbiq edib. Peyvəndlər özəl sektor tərəfindən alınıb.