Qrip əleyhinə peyvəndləmə bu gündən başlayıb, risk qrupları üçün peyvəndləmə ödənişsiz olacaq
Bu gündən ölkə miqyasında qrip əleyhinə peyvəndləmə başlayıb.
Səhiyyə Nazirliyi tərəfindən yayılmış məlumatda dövlət proqramı çərçivəsində xəstəliyin ağırlaşma riski yüksək olan risk qrupları üçün qrip əleyhinə peyvəndləmənin ödənişsiz həyata keçiriləcəyi deyilir.
“Dövlət immunlaşdırma proqramı çərçivəsində Səhiyyə Nazirliyi ÜST-nin tövsiyə etdiyi vaksinlərdən biri olan və qrip mövsümündə sirkulasiya etməsi gözlənilən ştamlara uyğunlaşdırılmış Abbott Biologicals B.V. istehsalı olan 200 000 doza dördkomponentli peyvənd alıb. Risk qrupundan olan vətəndaşların peyvənd edilməsi immunlaşdırma xidməti göstərən müəssisələrdə mümkün olacaq.
İmmunlaşdırma xidməti göstərən müəssisələrin siyahısı ilə keçiddə tanış olmaq olar” -deyə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.