Qriqol Vaşadzenin bəyanatı barəsində, Salome Samadaşvili kimi Roman Qotsiridze də bilmir
“Milli Hərəkatın” üzvü, Roman Qotsiridze bəyan edir ki, partiyanın sədri, Qriqol Vaşadzenin bəyanatının məzmunu onun üçün məlum deyil.
“Tanış olacam. Baxacam. Yaxşı olar ki, partiyanın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbərinə zəng edəsiniz və o, sizə kimin bu suala cavab verəcəyini deyəcək. Bu məlumatı yoxlamalıyam. Feysbukda gördüm ki, nəsə post qoyulub, lakin postu oxuya bilmirəm. Birazdan aydınlaşdıracam. Məzmununu bilmirəm”, – Qotsiridze bəyan etdi.
Bununla yanaşı, “Milli Hərəkatın” üzvü, Salome Samadaşvili bəyan etdi ki, partiyanın sədri, Qriqol Vaşadzenin bəyanatı barəsində internetdən bildi.
Yayılan bəyanatda Qriqol Vaşadze partiyaları prosesi danışıqlar masasına keçirməyə və dərin dövlət böhranından çıxış üçün, bütün vasitələrdən istifadə etməyə çağırdı.