Qriqol Vaşadze Parlamentə getdi və bəyan edir ki, qanunvericilik fəaliyyətinə fəal qoşulacaq
Qriqol Vaşadze Parlamentə getdi və bəyan edir ki, qanunvericilik fəaliyyətinə fəal qoşulacaq

Qriqol Vaşadze onuncu çağırış Parlamentinə ilk dəfə getdi getdi və Xarici Əlaqələr Komitəsinin iclasında iştirak edir.

Vaşadzenin jurnalistlərə bəyan etdiyinə görə, qanunvericilik fəaliyyətinə fəal qoşulmuş olacaq.

“Fəal qoşulacam. Sözün düzünü desəm, blok siyahısını götürməsələrdilər, parlamentə daxil olmağı planlaşdırmırdım, lakin gəldimsə, seçicinin etimadını doğrultmaq lazımdır. Hamıyla, fraksiya üzvləriylə əməkdaşlıq edəcəm. “Şarl Mişelin İslahatlar Qrupu” texniki fraksiyadır, fraksiyada insanları bir-biri ilə yalnız bir məqsəd birləşdirir – 19 aprel razılaşmasının tam həyata keçirilməsi və Gürcüstan siyasətində yeni atmosferin tədbiq olunması”, – Vaşadze bəyan etdi.

Qriqol Vaşadze “Şarl Mişelin İslahatlar Qrupu” fraksiyasının üzvüdür. Fraksiyanın sədri Xatuma İmnadzedir üzvləri isə, Zurab Caparidze və “Strategiya Ağmaşenebelinin” üzvləridilər.