Qriqol Qeqeliya - İrakli Ğaribaşvili və Vaxtanq Qomelaurinin hakimiyyətdə olmasının heç bir mənəvi və nə də hüquqi haqqı yoxdur
Qriqol Qeqeliya - İrakli Ğaribaşvili və Vaxtanq Qomelaurinin hakimiyyətdə olmasının heç bir mənəvi və nə də hüquqi haqqı yoxdur

İrakli Ğaribaşvili və Vaxtanq Qomelaurinin hakimiyyətdə olmasının heç bir mənəvi və nə də hüquqi haqqı yoxdur, – bu barədə Parlament qarşısında hökumətin istefası tələbi ilə medianın təşkili ilə keçirilən aksiyada iştirak edən “Lelonun” üzvü, Qriqol Qeqeliya bəyan etdi.

Onun dediyinə görə, aksiyada məhz elə Daxili İşlər naziri və hökumət başçısının istefası tələbi ilə iştirak edir.

“Tələbimiz dəyişməzdir – baş nazir İrakli Ğaribaşvili istefa versin, Daxili İşlər naziri istefa versin. Onların  hakimiyyətdə olmasının heç bir mənəvi və nə də hüquqi haqqı yoxdur. Heç bir haqqı yoxdur ki, gürcü hakimiyyətini təmsil etsinlər. Onlar necə mənəvi, eləcə də hüquqi cavab verməlidilər.

Biz keçid hökumətinə yönəlirik və mübarizə aparırıq ki, Gürcüstan seçkiləri mədəni mühitdə keçirsin.

Gürcü tarixi bu gün sivilizasiyanın xilas edilməsi üçün mübarizə aparır. Bu gün biz mübarizə aparırıq ki, gürcü sivilizasiyası xilas olsun və onun üçün mübarizə aparırıq ki, Gürcüstan sabah nə olacaq”, – Qeqeliya bəyan etdi.