Qriqol Liluaşvili İspaniyanın Daxili İşlər naziri, Fernando Qrande Marlaska Qomez ilə görüşdü
Qriqol Liluaşvili İspaniyanın Daxili İşlər naziri, Fernando Qrande Marlaska Qomez ilə görüşdü

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Qriqol Liluaşvili İspaniyanın Daxili İşlər naziri, Fernando Qrande Marlaska Qomez ilə görüşdü. Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

“Görüşdə tərəflər bölgədə təhlükəsizlik məsələlərini müzakirə etdilər. Gürcüstan və İspaniya Krallığı arasında strateji əməkdaşlığın əsas istiqamətlərindən danışdılar.

Görüş zamanı ümumi çağırış və təhdidlərin öhdəsindən gəlmək üçün təhlükəsizlik sahəsində sıx və intensiv əməkdaşlığın vacibliyi qeyd edildi”, – məlumatda deyilir.

Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinin məlumatına görə, Qriqol Liluaşvili və Fernando Qrande Marlaska Qomes gələcək əməkdaşlıq planları hazırladılar.