Qriqol Liluaşvili - işğalçı rejim tərəfindən qanunsuz saxlanılan şəxslərin ailələrini Gürcüstanın bütün vətəndaşlarının azad olunacağına dair əmin etmək istəyirəm, dövlətin bunun üçün gücü və təcrübəsi var
Qriqol Liluaşvili - işğalçı rejim tərəfindən qanunsuz saxlanılan şəxslərin ailələrini Gürcüstanın bütün vətəndaşlarının azad olunacağına dair əmin etmək istəyirəm, dövlətin bunun üçün gücü və təcrübəsi var

 

İlk növbədə, qanunsuz saxlanılan şəxslərin ailələrini, o cümlədən hörmətli deputatları Gürcüstanın bütün vətəndaşlarının qanunsuz həbsdən azad olunacağına əmin etmək istərdim – bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili parlamentin iclasında DTX-nin 2021-ci il üzrə hesabat sənədini təqdim edərkən bildirib.

Qriqol Liluaşvilinin qeyd etdiyi üzrə, hesabat dövründə Rusiya Federasiyasının işğalçı qüvvələri tərəfindən Abxaziya istiqamətində 11, Tsxinvali istiqamətində isə 70 qanunsuz saxlanılma qeydə alınıb.

“2021-ci ilin sonunda işğalçı rejim tərəfindən 9 il müddətinə qanunsuz olaraq azadlıqdan məhrumedilmiş İrakli Bebua daxil olmaqla, Gürcüstanın ümumilikdə 7 vətəndaşı qanunsuz həbsdə olub. Mən ilk növbədə, qanunsuz saxlanılan şəxslərin ailələrini, o cümlədən hörmətli deputatları Gürcüstanın bütün vətəndaşlarının qanunsuz həbsdən azad olunacağına əmin etmək istərdim. Gürcüstan dövlətinin bunu həyata keçirmək üçün gücü və təcrübəsi var. Bunu təsdiq etmək üçün biz sülh yolu ilə başa çatan çoxlu qanunsuz həbsləri misal çəkə bilərik, lakin təəssüf ki, bizdə əks hallar da var” – deyə Liluaşvili bildirib.