Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili Ermənistan Respublikasının Gürcüstana yeni təyin olunmuş səfiri Aşot Smbatianla görüş keçirib.
Tərəflər Gürcüstan və Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri və gələcək planlar haqqında danışıblar.
Qriqol Liluaşvili və Aşot Smbatian iki ölkənin üzləşdiyi çağırışları nəzərdən keçirərək, Gürcüstan və Ermənistan Respublikasının təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.