Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qriqol Liluaşvili Böyük Britaniyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mark Kleyton ilə görüşüb.
DTX-nin məlumatına görə, görüşdə tərəflər Gürcüstan və Böyük Britaniya arasında təhlükəsizlik sahəsində strateji tərəfdaşlığın və güclü əməkdaşlığın vacibliyini vurğulayıb, mövcud əməkdaşlığın dərinləşdirilməsi imkanlarından və gələcək planlardan danışıblar.
Qriqol Liluaşvili və Mark Kleyton Gürcüstanın üzləşdiyi təhlükəsizlik çağırışlarını və regional təhdidləri nəzərdən keçirib. Diqqət dünyada baş verən cari proseslərə və təhlükəsizlik baxımından çağırışlara yönəldilib.
Böyük Britaniyanın Gürcüstandakı səfiri təhlükəsizlik sahəsində əməkdaşlığa görə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinə təşəkkür edib.