Qriqol Liluaşvili Azərbaycan səfirliyində açılan başsağlığı kitabında qeyd qoyub
Qriqol Liluaşvili Azərbaycan səfirliyində açılan başsağlığı kitabında qeyd qoyub

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili Azərbaycan səfirliyində olub.

Qriqol Liluaşvili Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb, Aktau şəhəri yaxınlığında baş vermiş “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyyarə qəzası nəticəsində həlak olanlara dərin hüznlə başsağlığı verib, başsağlığı kitabında qeyd qoyub.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub. Təyyarənin göyərtəsində 5 ekipaj üzvü və 62 sərnişin olmaqla 67 nəfər olub.