Qriqol Giorqadze Müdafiə naziri müavini təyin edildi
Qriqol Giorqadze Müdafiə naziri müavini təyin edildi

Gürcüstan Müdafiə naziri, Cuanşer Burçuladze bu gün əməkdaşlarına yeni müavinini, Qriqol Giorqadzeni təqdim etdi və idarədə uğurlu fəaliyyət arzuladı. Məlumatı Müdafiə Nazirliyi yayır.

“Qriqol Giorqadze beynəlxalq hüquq mütəxəssisidir. Müvafiq olaraq Nazirlikdə o, hüquq departamentinə, insan resursları və “DIBS” məktəbinə kuratorluq edəcək. Qeyd olunan sahələrə Rati Breqadze rəhbərlik edirdi. Breqadze baş nazirin sərəncamı ilə, Ədliyyə naziri vəzifəsinə təyin edildi.

Qriqol Giorqadze hüquqşünas təhsilini Gütcüstanda, TDU-da və ABŞ-da, Komubiya Universitetində alıb. O, həmçinin beynəlxalq hüquq doktorantıdır”, – Nazirlikdə bəyan edirlər.

Müdafiə nazirinin yeni müavinin rəhbər vəzifələrdə işləmənin böyük təcrübəsi var. Qriqol Gorqadze müxtəlif vaxtları “MMC Aktivlərin idarəsi və inkişafı şirkəti” direktori, Səhiyyə naziri müavini, Səhiyyə nazirinin birinci müavini, Səhiyyə nazirinin parlament katibi, Cəzaçəkmə və Probasiya nazirinin birinci müavini, Xalq Müdafiəçici aparatının istintaq və monitorinq departamentinin rəisi vəzifəsində işləyirdi. Müxtəlif vaxtları Gürcüstan və xaricdə müxtəlif treninqlərdə və konfranslarda işləyib.

Paralel olaraq, akademik fəaliyyətdə göstərir və müxtəlif ali məktəblərdə beynəlxalq hüqüq, əsas insan hüququları və azadlıqları, həçminin gürcü hüququ və Roma hüquq tarixi məsələləri üzrə mühazirələr oxuyur.