Qori Sakrebulosunun iclasında 2023-cü ilin büdcəsi təsdiq edilib
Qori Sakrebulosunun iclasında 2023-cü ilin büdcəsi təsdiq edilib

 

Qori Munisipalitetinin Sakrebulosunun növbədənkənar iclasında 2023-cü ilin büdcəsi təsdiq edilib. İclas kiçik səs-küy fonunda keçirilib.

“Milli Hərəkat”ın nümayəndələri səsvermədə iştirak etməyiblər.

“Milli Hərəkat” üzvləri yeni büdcənin Qori əhalisinin maraqlarına uyğunlaşdırılmadığını bildiriblər və etiraz əlaməti olaraq salonu tərk ediblər.

Yeni büdcə 21 səslə təsdiq edilib, səsvermədə 23 deputat iştirak edib. “Gürcüstan” partiyasının üzvləri yeni büdcəni dəstəkləməyiblər.

Gələn ilin büdcəsi 69 milyon lari müəyyən edilib və əvvəlki ilin büdcəsindən 13,500 milyon çoxdur.