Qori rayonunda 5-ci sinif şagirdinə yönəlik təhdid faktı ilə əlaqədar istintaq başladılıb
Qori rayonunda 5-ci sinif şagirdinə yönəlik təhdid faktı ilə əlaqədar istintaq başladılıb

 
Qori rayonunda 5-ci sinif şagirdi qıza təhdid məktubu göndərilib. Hadisə Qori Munisipalitetinin Adzvisi kəndinin ictimai məktəbində baş verib.

On yaşlı qız məktubu məktəbdə masanın altından tapıb.

Həm resurs mərkəzində, həm də məktəbdə faktı təsdiqləyirlər. Onların verdiyi məlumata əsasən, məktubda pul tələb ediblər, əks halda yeniyetməni ailə üzvlərindən birinə fiziki təzyiq göstərməklə hədələyiblər.

“Fakt həqiqətən baş verib. Məktubu məktəbdə beşinci sinif şagirdinin masasının altına qoyublar. Əl yazısı. Konkret məbləğdən bəhs edilib və yazılıb ki, məbləğ həmin yerə qoyulmalıdır. Ailə üzvləri ilə onu hədələyiblər. Dərhal polisə məlumat verdik, istintaq başladılıb. Digər təfərrüatlar barədə danışa bilmərəm. Ümid edirəm ki, kimsə pis zarafat edib” – Qorinin təhsil resurs mərkəzinin direktoru Nana Termakozaşvili açıqlayıb.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin təhdidi nəzərdə tutan 151-ci maddəsi ilə istintaqa başlayıb.