Qori munisipalitetinin Skra kəndində yağan güclü yağış problemlər yaratdı
Qori munisipalitetinin Skra kəndində yağan güclü yağış problemlər yaratdı

Qori munisipalitetinin Skra kəndində bir neçə gündür fəlakətlə mübariz aparırlar. Kür Çayının daşmasına görə, su yaşayış məntəqəsinə doldu. 40-a qədər yaşayış evini su basıb.

Qeyd olunan  qəsəbə Kür Çayına çox yaxındır və bu problem əhaliyə hər il yayda yaranır. Yerlilər problemin həll olunmasını tələb edir. Onların bəyan etdiyinə görə, bir neçə il bundan əvvəl Meriya 500 metrə qədər sahil zolağını bərkitdi, lakin problem yenə də qalır.

Sakinlər çirkab kanallarının təmizlənməsini və yeni kanalların çəkilməsini tələb edirlər.