Qori xəstəxanasının direktoru bildirir ki, ziyarətçilər saat 16:00-dan 18:00-dək xəstəxanaya daxil ola biləcəklər

Qori xəstəxanasının direktoru Malxaz Urtkmelidze bildirir ki, ziyarətçilər saat 16:00-dan 18:00-dək xəstəxanaya daxil ola biləcəklər.

Malxaz Urtkmelidzenin sözlərinə görə, məhdudiyyət həftə sonları da tətbiq olunacaq.

“Mən bildiyimə görə, bu gün Mixeil Saakaşviliyə gələn ziyarətçilərin limiti tükənib. Bu gündən etibarən istənilən şəxsin xəstəxanaya gəlişi saat 16:00-dan 18:00-a qədər məhdudlaşdırılıb, bu, istirahət günləri də keçərlidir”, – deyə xəstəxananın direktoru bildirib.