Qomi-Saçxere-Çiatura-Zestaponi yolu ilə hərəkət sərbəstdir
Qomi-Saçxere-Çiatura-Zestaponi yolu ilə hərəkət sərbəstdir

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, həyata keçirilən təmizləmə işləri nəticəsində dövlət əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestaponi daxili avtomobil yolunda avtomobillərin hərəkəti sərbəstdir.

Qar və don səbəbi ilə Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun bəzi hissələrində məhdudiyyətlər tətbiq edilmişdi. Sözü gedən yolun 12-ci kilometrindən 52-ci kilometrədək olan hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyatın hərəkəti qadağan edilmişdi.