Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun 52-ci kilometrindən 106-cı kilometrədək olan hissəsində tırların hərəkəti sərbəstdir
Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun 52-ci kilometrindən 106-cı kilometrədək olan hissəsində tırların hərəkəti sərbəstdir

 
Dövlət əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestaponi daxili avtomobil yolunun 52-ci kilometrindən 106-cı kilometrədək olan hissəsində tırların hərəkətinə qoyulan qadağa götürülüb.

Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

“Eyni yolun 12-ci kilometrindən 52-ci kilometrədək olan hissəsində qar və don ilə əlaqədar qoşqulu və yarımqoşqulu nəqliyyatın hərəkəti hələ də qadağandır, digər növ nəqliyyatın hərəkəti sərbəstdir.

Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir” – deyə məlumatda deyilir.