Qomi-Saçxere-Çiatura-Zestafoni yolunda qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib
Şaxta ilə əlaqədar dövlətdaxili əhəmiyyətə malik Qomi-Saçxere-Çiatura-Zestafoni avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Sözügedən məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.
Onların verdiyi məlumatına görə, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Müəllif -
Mehemmed Bayramaliyev