Qomi-Saçxere-Çiatura-Zestafoni yolunda qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti bərpa edilib
Qomi-Saçxere-Çiatura-Zestafoni yolunda qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti bərpa edilib

Aparılan təmizləmə işləri nəticəsində daxili dövlət əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestafoni yolunda qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti bərpa edilib.

Sözügedən məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.

Qar və buzla əlaqədar yolun Qomi-Saçxere hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti ötən gecə qadağan edilmişdi.