Qomi-Sachxere-Chiatura-Zestaponi yolunun 52 km-lik hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Aparılan təmizləmə işləri nəticəsində daxili dövlət əhəmiyyətli Qomi-Sachxere-Chiatura-Zestaponi avtomobil yolunun 1-52 km-lik hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Bu barədə məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayır.
İntensiv qar və aşağı temperatur səbəbindən yolun sözügedən hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilmişdi.