Qoderdzi kurortunda turizm mövsümü açıldı
Qoderdzi kurortunda turizm mövsümü açıldı

 

Acara Turizm Departamentindən verilən məlumata görə, koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tənzimləmələr hazırlanıb, buna əsasən kanat yolu və ətraf ərazilər intensiv şəkildə dezinfeksiya ediləcək, yaşıl pasportlar və məsafənin qorunmasına nəzarət ediləcək. Kanatla səyahət zamanı da monitorinq həyata keçirilir.

Qoderdzi kurortunda mehmanxana və kotteclər artıq açılıb və fəaliyyət göstərir.

Acara hökumətinin sədri Tornike Rijvadze Acarada qış kurort mövsümünün açılışında iştirak edib.

Kurortdakı xilasedici qrup ilkin tibbi yardım dəstləri ilə təchiz olunub. Xilasedicilərə “Kovid təhlükələri və çağırışları şəraitində ilkin tibbi yardım təlimi” mövzusunda treninq keçirilib.