Qoderdzi dağ keçidində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti qadağandır
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, Qoderdzi dağ keçidində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti qadağandır.
“Qarla əlaqədar dövlətdaxili əhəmiyyətə malik olan Batumi (Anqisa)-Axaltsixe avtomobil yolunun 106 – 123 km (Qoderdzi dağ keçidinin) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti qadağan edilib, digər növ avtonəqliyyatın hərəkəti isə sərbəstdir.
Magistral yolun qalan hissələrində avtonəqliyyatın hərəkəti sərbəstdir”, – məlumatda qeyd olunub.