Qldanidə üç idman meydançası təşkil edildi
Qldanidə üç idman meydançası təşkil edildi

Qldani rayonunda sağlam həyat tərzinin təbliği məqsədilə, idman meydançalarının təşkili-reabiliytasiyası davam etdirilir. Bu dəfə əhalinin tələbi əsasında üç tamamilə yeni idman meydançası təşkil edildi.

Müxtəlif ünvanlarda bir basketbol və iki futbol meydançası yerləşdirildi. Muxiani 4a mikrorayon N11-13-14 binanın yanında basketbol meydançası, Skola və Tsğaro küçələrində isə, futbol meydanı təşkil edildi. Hər üç meydançanın layihəsi üçün iQamqeoba büdcəsindən 287 065 lari xərcləndi.

Qldani rayonunun qamqebelisi vəzifəsini icra edən, Zurab Kaşiaşvili idman meydançalarının abadlaşdırılması istiqamətində görülən işlərlə yerindəcə tanış oldu.

Məlumatı Tbilisi Meriyasının mətbuat xidməti yayır.