Qldanidə, Pirosmani və Saakadze küçələrində yol örtüyü təmir olunur
Qldani rəhbərliyi bütün rayon ərazisində yol örtüyünün təmirini davam etdirir. Bu dəfə Pirosmani və Saakadze küçələrində yol işlərinin son mərhələsi gedir. Məlumatı Tbilisi meriyası yayıb.
Qeyd olunan ünvanda 13600 kvadratmetrə qədər sahə asfalt örtüyü ilə örtülüb və bunun üçün təxminən 717 min lari xərclənəcək.
Qldani rayonunun qubernatoru vəzifəsini icra edən Besik Kaladze yerindəcə cari iş prosesi ilə tanış olub.