Qlaukoma, ürək-damar, ağciyər, xroniki tiroid vəzi xəstəlikləri, diabet (2-ci tip), Parkinson və epilepsiya dərmanları benefisiarlara bütün il ərzində maliyyələşdiriləcək
Xroniki xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərmanların proqramı genişlənir-bu barədə hökumətin iclası başa çatdıqdan sonra məlum olub.
Baş nazirin mətbuat xidmətindən verilmiş məlumatda qeyd edildiyi üzrə, iclasda qəbul edilən qərara əsasən, yanvarın 15-dən müvafiq kateqoriya və ya statusa malik vətəndaşlar qlaukoma dərmanlarını ilboyu tam maliyyələşdirilməklə alacaqlar.
Bundan əlavə, müvafiq kateqoriyadan olan benefisiarlar üçün il ərzində tam maliyyələşdiriləcək: ürək-damar, ağciyər, xroniki tiroid vəzi xəstəlikləri; diabet (2-ci tip); Parkinson və epilepsiya üçün müalicəvi dərmanlar.
“Ümumi səhiyyə proqramına daxil olan yeniliklər şamil ediləcək: sosial cəhətdən həssas şəxslərə (reytinq balı 100.000 vahiddən çox olmayan), pensionerlərə, veteranlara, məhdud imkanlı şəxslərə
(məhdud imkanlı uşaqlar, kəskin və ya ciddi formada ifadə olunmuş məhdud imkanlı statusuna malik şəxslər) və Gürcüstanın işğal altındakı əraziləri ilə ayırıcı xətt yaxınlığında kəndlərdə yaşayan əhaliyə.
Nazirlər Kabinetinin üzvləri Gürcüstan hökumətinin “Sosial paketin müəyyən edilməsi haqqında” qərar layihəsini də müzakirə ediblər. Dəyişikliyə əsasən, bu ilin yanvar ayından kəskin formada ifadə olunmuş məhdud imkanlı statusuna malik şəxslər və məhdud imkanlı uşaqlar üçün sosial paket 50 lari artaraq 340 laridən 390 lariyə yüksələcək. Bütün digər kateqoriyalardan olan məhdud imkanlı şəxslərin maddi yardımı 20 lari artır, o cümlədən ciddi formada ifadə olunmuş məhdud imkanlı şəxslər üçün sosial paket 175 laridən 195 lariyə yüksəlir. Büdcə təxminən 46 milyon laridir. Artan sosial paketdən 123 000-ə qədər benefisiar faydalanacaq” – Hökumət Administrasiyasının məlumatında qeyd olunur.