Qivi Mikanadze - radikal müxalifətin bəyanatı onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş müddəalara sabotaj elan etdiklərini göstərir, onlar ölkənin perspektivinə xələl gətirməyə çalışırlar
Qivi Mikanadze - radikal müxalifətin bəyanatı onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş müddəalara sabotaj elan etdiklərini göstərir, onlar ölkənin perspektivinə xələl gətirməyə çalışırlar

 

Bir növ şantaj dili ilə danışmaq tamamilə əsassız və qəbuledilməzdir. Biz müxalifətə əgər bu ölkə və cəmiyyət üçün xeyir iş görmək istəyirlərsə, parlamentdə gedən proseslərə qoşulsunlar deyə dəfələrlə təklif irəli sürmüşük-bu barədə parlament çoxluğunun üzvü Qivi Mikanadze bildirib.

O bildirib ki, “cəmiyyət parlamentin yay boyu fəaliyyətini dayandırmadığını və Avropa Komissiyası tərəfindən müəyyən edilmiş 12 bəndlik planın həyata keçirilməsinə xüsusi diqqət ayırdığını görür”.

“Radikal müxalifətin nümayəndələrinin bəyanatı onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş müddəalara , o cümlədən depolarizasiya ilə bağlı birinci müddəaya sabotaj elan etdiklərini göstərir . Müxalifətin parlament hissəsi, radikal qanadı, onları dəstəkləyən avropalı parlamentarilərin qoşulmağa çağırdığı prosesdən ayrıldı, onların fəaliyyətinin müəyyən qədər maneçilik törətməsi və zərərverici olması üçün bu, birbaşa sabotajdır, elə bilirlər ki, bununla “Gürcü Arzusu”na zərər vururlar. Onlar bununla ölkənin perspektivinə xələl gətirməyə çalışırlar, lakin buna nail ola bilməyəcəklər, çünki proseslər gedir, proseslərin ilk nəticələri artıq görünür və gürcü cəmiyyətinin öz seçimini etməsi və bu ölkədə sülhün , Qərb dəyərlərinə əsaslanan inkişafın olmasına dair istəyini bildirməsi fonunda Caparidzedən və ya digər radikal müxalifət qanadından eşitdiyimiz təxribatçı bəyanatlar qəbuledilməzdir. Ona görə də radikal müxalifət heç bir sabotaj törədə və öz tərəfdarlarını toplaya bilmir, bu tərəfdarların sayı günü-gündən azalır” – deyə Mikanadze bildirib.