Qivi Mikanadze Latviya Parlamentinin Təhsil, Mədəniyyət və Elm Komitəsinin sədri ilə görüşüb
Latviyaya rəsmi səfəri çərçivəsində Gürcüstan parlamentinin təhsil və elm komitəsinin sədri Qivi Mikanadze Latviya parlamentinin təhsil, mədəniyyət və elm komitəsinin sədri Aqita Zarina-Sture və Latviya Parlamentinin Gürcüstan Parlamenti ilə Dostluq Qrupunun rəhbəri Aiva Viksna ilə görüşüb.
Görüşdə tərəflər iki ölkədə təhsil və elm sahəsində aparılan islahatlar və mövcud problemlər barədə danışıblar. Qivi Mikanadze latviyalı həmkarına Gürcüstanın Baş nazirinin təşəbbüsü ilə 800 yeni məktəb və 880 uşaq bağçasının tikintisi-bərpası barədə məlumat verib. İki dövlət arasında təhsil və elm sahəsində əməkdaşlığın aktivləşdirilməsi, bunun əsasında da mövcud hökumətlərarası sazişdən istifadə ediləcəyi vurğulanıb.
Qivi Mikanadze birgə komitə iclasının keçirilməsi və gələcək birgə fəaliyyətin planlaşdırılması üçün Aqita Zarina-Sture və komitə üzvlərini 2024-cü ilin birinci rübündə Gürcüstana dəvət edib. Latviyalı həmkarı əməkdaşlığı dərinləşdirməyə və Gürcüstana səfər etməyə hazır olduğunu bildirib.
Görüşdə Gürcüstanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri İrakli Ğuraşvili iştirak edib.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.