Qivi Mikanadze - ərazisinin 20 faizi işğal olunmuş Gürcüstan Rusiya tərəfindən Ukraynada davam etdirilən hərbi təcavüzü çox yaxşı hiss edir və bu da Avropanın təhlükəsizliyinə xələl gətirir
Qivi Mikanadze - ərazisinin 20 faizi işğal olunmuş Gürcüstan Rusiya tərəfindən Ukraynada davam etdirilən hərbi təcavüzü çox yaxşı hiss edir və bu da Avropanın təhlükəsizliyinə xələl gətirir

 
Ərazisinin 20 faizi işğal olunmuş Gürcüstan Rusiya tərəfindən Ukraynada davam etdirilən hərbi təcavüzü çox yaxşı hiss edir və bu da Avropanın təhlükəsizliyinə və qanunlara əsaslanan beynəlxalq nizama xələl gətirir-bu barədə Gürcüstan parlamentinin daimi nümayəndə heyətinin üzvü Qivi Mikanadze Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxışı zamanı bildirib.

O, Gürcüstanın Ukraynaya dəstək olaraq göstərdiyi siyasi və humanitar yardımları vurğulayıb.

“Rusiyanın Ukraynaya hərbi təcavüzünün ilk günündən Gürcüstan Ukraynanı və Ukrayna xalqını güclü şəkildə dəstəkləyir və bu, həm siyasi, həm də humanitar yardımda özünü göstərir. Biz Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzünü pisləyirik”- deyə Qivi Mikanadze bildirib.

Qivi Mikanadze Rusiya tərəfindən Gürcüstanın işğal olunmuş rayonlarının ilhaq edilməsi cəhdlərinə diqqət çəkib. Gürcüstan parlamentinin daimi nümayəndə heyətinin üzvü avropalı həmkarlarını Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəklərini ifadə etməyə çağırıb.

“Gürcüstan Ukraynanın dostu olaraq 2008-ci ildə Rusiyanın qanunsuz hərbi təcavüzündən əziyyət çəkdi. Ərazisinin 20 faizi işğal edilmiş və Rusiya qoşunlarının qeyri-qanuni yerləşdirildiyi Gürcüstan Rusiya tərəfindən Ukraynada davam etdirilən hərbi təcavüzü çox yaxşı hiss edir və bu da Avropanın təhlükəsizliyinə və qanunlara əsaslanan beynəlxalq nizama xələl gətirir. Bunu nəzərə alaraq, mən Assambleyanı Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha ifadə etməyə çağırıram. Həmçinin, biz də Ukrayna xalqına sarsılmaz dəstəyimizi və həmrəyliyimizi ifadə edəcəyik”-deyə Qivi Mikanadze bildirib.

Məlumatı Gürcüstan Parlamentinin Mətbuat Xidməti yayıb.