Qivi Mikanadze - Davit Kirkitadze seçki prosesində qanunu pozub, Kirkitadze səsvermə zamanı seçiciyə göstəriş verib və müşahidəçinin xəbərdarlığına tabe olmayıb
“Gürcü arzusu”nun üzvü Givi Mikanadzenin sözlərinə görə, seçki prosesində “Milli Hərəkat”ın nümayəndəsi Davit Kirkitadze tərəfindən qanun pozuntusu müşahidə olunub.
Mikanadze partiyanın ofisində keçirilən brifinqdə qeyd etdiyi kimi, Kirkitadze səsvermə prosesində seçiciyə göstərişlər verib.
“Müşahidəçi ona bu barədə nota verib və bildirib ki, belə şeyə icazə verilmir, lakin siyasətçi müşahidəçinin xəbərdarlığına tabe olmayıb”. – Qivi Mikanadze bildirib.