Qivi Davitaşvili Gürcüstanın Mülki Aviasiya Agentliyinə rəhbərlik edəcək
Qivi Davitaşvili Gürcüstanın Mülki Aviasiya Agentliyinə rəhbərlik edəcək

 

Qivi Davitaşvili Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyinin direktoru vəzifəsinə təyin edilib.

Gürcüstanın Mülki Aviasiya Agentliyindən verilən məlumatda onun müsabiqənin nəticələrinə əsasən nazirlik tərəfindən bu vəzifəyə seçildiyi deyilir.

2022-ci ilin oktyabrın 11-dən indiyədək Qivi Davitaşvili Mülki Aviasiya Agentliyinin direktoru vəzifəsini icra edirdi, 2019-cu ilin martın 1-dən isə Mülki Aviasiya Agentliyinin direktorunun birinci müavini vəzifəsində çalışıb. Agentlikdə işləməmişdən əvvəl Qivi Davitaşvilinin özəl sektorda, o cümlədən aviasiya biznesində müxtəlif rəhbər vəzifələrdə iş təcrübəsi var. Qivi Davitaşvili İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib.